"Changan" yeni krossoverini təqdim etdi (FOTO)
Çinin "Changan" şirkəti yeni hibrid krossover "Qiyuan Q05"in ilk rəsmi şəkillərini yayıb. Model tezliklə yerli bazarda görünəcək.
Valyuta.az xəbər verir ki, bu barədə carnewschina.com məlumat yayıb.
"Qiyuan A05" kompakt krossover seqmentinə aiddir. Onun uzunluğu 4539 mm, təkər bazası isə 2656 mm-dir. Elektrik stansiyası 110 at gücünə malik 1,5 litrlik benzin mühərrikindən ibarət hibrid sistemdir və 190 at gücünə malik bir elektrik mühərriki ilə təmin edilib. Akkumulyatorun gücü 9,07 kVt/saatdır. Təkcə elektrik rejimində maksimum məsafə 60 km, hibrid rejimdə isə 1150 km-dir. 100 km-ə orta yanacaq sərfiyyatı 5,3 litrdir.
Avtomobil 17 və ya 18 düymlük təkər diskləri ilə təchiz olunub. İnteryerdə ön paneldə böyük multimedia ekranı var. Bundan əlavə, krossover aşağı əyilmiş üçdilli sükan və smartfonlar üçün simsiz enerji doldurucu əldə edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay