Avtomobili qışa necə hazırlamaq lazımdır? - Ustadan məsləhət
Qış mövsümünün yaxınlaşması avtomobillərin bu fəsilə hazırlıq məsələsini gündəmə gətirir.
Avtomobil ustası Cavidan Muradxanlı qışa hazırlıqla bağlı sürücülərə bir neçə məsləhət verib. Usta bildirib ki, qışa hazırlıq xüsusilə payız mövsümündən başlamalıdır.
Onun sözlərinə görə, avtomobilini Bakı şəhərində idarə edən sürücülərin fəsil dəyişikliyi ilə bağlı nəqliyyat vasitəsinin yağını dəyişməsinə ehtiyac yoxdur:
“Hansı yağdan istifadə olunursa, onunla da davam etməlidir. Lakin, soyuq iqlimə malik bölgələrdə sürücülər yağ dəyişikliyi edə bilərlər”.
Usta Cavidan Muradxanlı deyir ki, avtomobildə diqqət ediləsi məqamlardan biri də soyutma sistemidir. Onun fikrincə, əgər sürücülər bunlara diqqət etməsələr, qışda avtomobildə yaranan texniki nasazlıq səbəbindən qəza da baş verə bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay