1970-ci ilin nadir modeli "Ferrari" məhv edildi
Nadir “Ferrari“ avtomobili qəzadan sonra məhv edilib. Onun İtaliyada düşdüyü qəzadan sonra məhv edildiyi öyrənilib. Qəzanın qiyməti heyrətamiz olub.
1960-cı illərin əfsanəvi avtomobili olan “Ferrari 275 GTB“ model avtomobili iştirak etdiyi qəzadan sonra məhv olub. Qəzada 87 milyon TL dəyərində olan avtomobil yararsız hala düşüb.
Şöhrəti dünyaya yayılan "Ferrari"nin dəbdəbəsi ilə yanaşı, çoxlu həvəskarları da var. Məlumdur ki, avtomobil həvəskarları “Ferrari“nin köhnə model avtomobillərinə xüsusi maraq göstərirlər. Trafikdə də görə biləcəyimiz bu nadir modellərin iştirak etdiyi qəzalarda son dərəcə ciddi ziyanların baş verdiyi görülür. Son dərəcə nadir “Ferrari 275 GTB“ avtomobili son qəzasında demək olar ki, sökülüb və yararsız hala düşüb.
“Ferrari 275 GTB" 500-dən az istehsal edilib
Bu günə qədər cəmi 500 ədəddən az istehsal edilən avtomobilin sürücüsünün 60 yaşı olub. Avtomobilin yoldan çıxaraq hasara çırpılmasından sonra yararsız hala düşdüyü məlum olub. Bütün bu proses zamanı əfsanəvi avtomobilə ciddi ziyan dəydiyi görülüb.
Qəzadan sonra adı məlum olmayan 60 yaşlı kişinin yüngül xəsarətlərlə xilas olduğu bildirilib. Bundan əlavə, avtomobilin hərraclarda 3 milyon dollar dəyərə çatıb.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay