“Ferrari” niyə işçilərinə “Ferrari” zavodundan avtomobil sifariş etməyə icazə vermir?
Əgər onlar “Formula 1” pilotu deyillərsə, “Ferrari” işçilərinə zavoddan yeni “Ferrari” almaq qadağandır! “Ferrari”yə sahib olmaq üçün pul əsas deyil. “Ferrari”nin məhdud buraxılışlı avtomobilləri yalnız şirkətin ən yaxşı müştərilərinə təklif olunur.
Onların bir çox modelləri (məsələn, F12 TDF üçün 799) məhdud saydadır. İstehsal etdikləri avtomobillərdə eksklüzivlik yaratmaq və sadiq müştərilərinə daha çox dəyər vermək brendin strategiyasının bir hissəsidir.
Şirkətin İdarə Heyətinin sədri Luka di Montezemolonun hakimiyyəti dövründə “Ferrari” illik istehsal sayını 7000 ədədlə məhdudlaşdırırdı. Daha sonra onun varisi Sergio Marchionne və indiki İdarə Heyətinin sədri Con Elkann brendin eksklüzivliyini qoruyub saxlamaqla bu rəqəmi 2019-cu ildə rekord 10.000 avtomobilə çatdırmağı bacardı.
Yaxşı, bunun işçilərinə təzə maşın almağı qadağan etməklə nə əlaqəsi var? 488 GTB kimi çox məhdud olmayan modellərdən birini ala bilməzlərmi?
Tələb mövcudluqdan daha yüksək olduğuna görə, “Ferrari” avtomobillərini işçilər üçün deyil, müştərilər üçün ehtiyatda saxlayır. Belə olduğu halda, həyəcanlı müştərilər üçün avtomobilin çatdırılma tarixini mümkün qədər qısa tuta bilər. İşçilərə avtomobil təklif etmədə gecikmə yaranması yəqin ki, avtomobilləri daha az eksklüziv edəcək.
“İşçi müştəri ola bilər”, düşündüyün bu deyilmi? Bu, müəyyən mənada doğrudur. İşçi işlənmiş “Ferrari”ni dilerdən ala bilər, amma birbaşa sifariş verə, quraşdırma yeri rezerv edə bilməz. Yəqin ki, işçilərin markaya layiq olmadığını düşünürsünüz, amma tamamilə yanılırsınız! Uğurlu işçilər həmişə qiymətli “Ferrari” hədiyyələri ilə mükafatlandırılır!
Baş marketinq və kommersiya direktoru Enrico Gallieranın sözlərinə görə, “Ferrari”nin yeganə istisnası “Ferrari”nin F1 sürücüləridir. Onlar zavoddan “Ferrari” almağa icazə verilən yeganə işçilərdir, lakin heç bir endirim olmadan tam qiymətə. Bəli, Sebastian Fettel və Charles Leclerc-ə heç bir xüsusi endirim təklif edilmir!
“Ferrari” işçilərinin yeni “Ferrari”lərə sahib olmalarına icazə verilməməsi şirkətdə qaydaların nə qədər sərt olduğundan xəbər verir. Bu, yeni, gənc müştəriləri, eləcə də şirkətin avtomobilinə artıq sərmayə qoyanları cəlb etməyə davam etmək üçün marketinq strategiyasının bir hissəsidir. “Ferrari”ni dünyanın ən uğurlu superkar markalarından biri edən də budur. Eksklüziv avtomobilinizin istehsala buraxılmasını gözləmək və onu dilerdən və ya Maranellodakı “Ferrari” fabrikindən almaq xüsusi və unudulmaz bir təcrübədir.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay