"Volkswagen Group" 2023-cü il üçün əməliyyat mənfəəti proqnozunu aşağı saldı
"Volkswagen Group" (VW) əmtəə bazarlarında risk hedcinq alətlərinin yenidən qiymətləndirilməsi ilə bağlı itkiləri qeyd edərək, 2023-cü il üçün əməliyyat mənfəəti proqnozunu aşağı salıb.
Valyuta.az xəbər verir ki, VW-nin press-relizinə görə, bu il birdəfəlik faktorlar nəzərə alınmadan əməliyyat mənfəəti, çox güman ki, əvvəlki ilin səviyyəsində olacaq - təxminən 22,5 milyard avro. Əvvəllər şirkət 2023-cü ildə əməliyyat rentabelliyinin 7,5-8,5% olacağını və buna görə də ekspertlərin fikrincə, VW-nin əməliyyat mənfəətinin 23,6-26,7 milyard avroya çatacağını proqnozlaşdırırdı, - “Market Watch” qeyd edir.
VW hələ də şirkətin gəlirinin bu il 10-15% artacağını və avtomobil tədarükünün 9-9,5 milyon ədədə çatacağını gözləyir.
İlkin məlumatlara görə, üçüncü rübdə VW-nin gəliri 12% artaraq 78,8 milyard avro, əməliyyat mənfəəti 4,9 milyard avro, əməliyyat marjası isə 6,2% təşkil edib.
VW-nin üçüncü rüb üzrə yekun mənfəəti oktyabrın 26-da dərc olunacaq.
VW səhmləri bazar ertəsi ticarətdə 2,1% ucuzlaşıb. Bu ilin əvvəlindən onların dəyəri 23% azalıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay