Avto
10.10.2023 / 10:23
Çin avtomobil startapı maliyyə çətinlikləri səbəbindən müflis olur
34145
Çinin elektrikli avtomobil startapı "WM Motor" çətin bazar şərtləri fonunda müflis olub.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, texnologiya nəhəngi "Baidu Inc." tərəfindən dəstəklənən "WM Motor" son aylarda maliyyə çətinlikləri ilə üzləşib. Problemlər koronavirus pandemiyası fonunda, həmçinin xammalın qiymətlərinin artması və çiplərin kəskin çatışmazlığı səbəbindən yaranıb.
Şirkət Çin üzrə 100-dən çox dilerdə öz avtomobillərinə müntəzəm texniki xidmət göstərməyi davam etdirməyi planlaşdırır. Brendin gələcək taleyi ilə bağlı hələ heç nə məlum deyil.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay