"Honda" təkrar emal edilə bilən kuzovlu avtomobil nümayiş etdirdi (FOTOLAR)
"Honda" Tokioda keçirilən "Japan Mobility Show"da bir sıra yeni konseptləri, o cümlədən korpusu təkrar emal oluna bilən akril qatrandan hazırlanmış "Sustaina-C" kompakt hetçbekini nümayiş etdirib.
Valyuta.az xəbər verir ki, "Pocket Concept" motosikleti də eyni üslubda işlənib. Hər iki avtomobil şirkət tərəfindən resursların sənayedə dövriyyəsi ilə məhdud əlçatanlığın aradan qaldırılması konsepsiyasını nümayiş etdirmək üçün hazırlanıb.
Yapon avtomobil istehsalçısı "Specialty Sports" konseptinin dünya premyerasını da elan edib. Yüksək performanslı elektrik avtomobili sürücüyə nəqliyyatın elektrikləşdirilməsi dövründə belə sürücülük həzzini yaşamağa imkan verəcək. Bundan əlavə, "Honda" sərgidə dəyişdirilə bilən akkumulyatorlu SCe konseptual elektrik motosikletini nümayiş etdirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay