24.08.2023 / 19:44
BMW yenilənmiş M3 modelini sınaqdan keçirir
31908
Almaniyanın BMW şirkəti yenilənmiş sedan və universal M3-ün sınaqlarına başlayıb.
HİT.az xəbər verir ki, bu barədə motor1.com məlumat yayıb.
Portalın məlumatına görə, avtomobil dəyişdirilmiş faralar və fənərlər alacaq. Eyni zamanda radiator barmaqlığı, bamper və ön qanadlar əvvəlki kimi qalacaq. İçəridə yeni ön panel və məlumat-əyləncə sistemi olacaq.
Yenilənmiş avtomobil 473 at gücünə malik üç litrlik sıralı mühərriklə təmin olunacaq. Eyni mühərrikli, lakin 503 at gücünə malik versiya da mövcud olacaq.
Yenilənmiş BMW M3-ün premyerası 2024-cü ildə baş tuta bilər.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay