BMW və "Audi" ruslar üçün proqram təminatına girişi məhdudlaşdırıb
Almaniyanın BMW və "Audi" avtomobil şirkətləri Rusiya Federasiyasından olan dilerlər üçün öz xüsusi proqram təminatına girişi məhdudlaşdırıb.
Valyuta.az “Kommersant”a istinadənxəbər verir ki, BMW şirkətinin proqram təminatının avadanlığından ayrılması artıq Rusiyanın ən böyük diler mərkəzi Bavariya brendi “BorisHof” tərəfindən təsdiqlənib. Bu o deməkdir ki, Rusiyanın rəsmi xidmət mərkəzləri vasitəsilə açarların dublikatını çıxarmaq mümkün deyil və digər fəsadlar da var.
Texniki xidmət departamentinin əməkdaşlarından biri bildirib ki, dilerlərin kompüter diaqnostikasını həyata keçirə biləcəkləri hələlik məlum deyil. Avtodim dileri qeyd edib ki, BMW onlayn xidmətlərinə hələ də giriş mümkündür, lakin "əlavə ehtiyat kanallar" vasitəsilə.
Eyni zamanda, "Audi" dilerlərindən biri anonimlik şərti ilə bu şirkətin Rusiya Federasiyası üçün proqram təminatına çıxışın iki aydır məhdudlaşdırıldığını açıqlayıb. Bu, dublikat açarların proqramlaşdırılması və proqramlaşdırma tələb olunan hissələrin quraşdırılması ilə bağlı problemlərə səbəb olub. Bunlar idarəetmə blokları, sürət qutuları, park sensorları və s.-dir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay