Avto
16.08.2023 / 20:30
"Kia Tasman" pikapının istehsalı tarixi açıqlandı
31586
Yeni "Kia Tasman" pikapının istehsalına 2025-ci ildə Cənubi Koreyada başlanılacaq.
Valyuta.az xəbər verir ki, bu barədə motor1.com məlumat yayıb.
Nəşrin məlumatına görə, avtomobil qoşa kabinli, bir ton yükgötürmə qabiliyyətinə və yüksək klirensə malik beşyerlik karkaslı pikap olacaq. Avtomobilin sınaqları bu ilin sonuna qədər başa çatacaq, satışlar isə premyeradan dərhal sonra - növbəti ilin ortalarında başlayacaq.
Bazardan asılı olaraq avtomobil daxili yanma mühərriki və ya elektrik mühərriki ilə təmin olunacaq. Elektrik stansiyalarının gücü məlum deyil.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay