"E Firefly" elektrik krossoverinin satışı başlayır (FOTOLAR)
Çin avtomobil brendi "Geometry" avqustun 16-da yeni "E Firefly" elektrik krossoverinin satışına başlamağı planlaşdırır.
Valyuta.az xəvbər verir ki, bu barədə autohome.com.cn məlumat yayıb.
Avtomobildə dar LED faralar, bumeranq formalı işıqlar, qapalı radiator barmaqlığı, kuzovu daşlardan qoruyan plastik astar, arxa qapıda spoyler yer alıb. Maşının uzunluğu 4006 mm-dir. Salonda, ön paneldə iki monitor var. Biri tablosunun oxunuşlarını göstərir, ikincisi isə multimedia və digər maşın seçimlərini konfiqurasiya etmək üçündür.
"E Firefly" krossoveri 82 at gücündə elektrik mühərriki ilə təchiz edilib. Güc ehtiyatı 301 və 401 km olan versiyalar arasından seçim etmək mümkün olacaq. Avtomobilin akkumulyatoru 30 dəqiqə ərzində 30%-dən 80%-ə qədər doldurula bilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay