"Cadillac" yeni elektrik avtomobilini təqdim etdi - 130 min dollar
Amerikalı avtomobil istehsalçısı "Cadillac" "Escalade IQ" adlı ilk tam elektriklə işləyən tam ölçülü yolsuzluq avtomobilini təqdim edib.
HİT.az brendin mətbuat xidmətinə istinadən xəbər verir ki, modelin kütləvi istehsalına 2025-ci ilin yayında başlanılacaq.
Modelin uzunluğu 5697 mm-dir. Yenilik adi "Escalade" SUV-dən orijinal optika, radiator barmaqlığı və markanın işıqlandırılmış emblemi, həmçinin eksklüziv diskləri ilə fərqlənir. İçəridə, demək olar ki, bütün ön paneli tutan nəhəng 55 düymlük ekran və klimat nəzarəti və digər avtomobil parametrləri üçün 11 düymlük ekran quraşdırılıb.
Yeni "Escalade IQ" iki elektrik mühərriki ilə təmin edilib. Elektrik stansiyasının ümumi gücü 750 at gücünə malikdir. 0
Yeni elektrik yolsuzluq avtomobilinin qiyməti 130 000 dollardan başlayır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay