Avto
10.08.2023 / 19:52
"Jeep" 45 min avtomobilini təmir üçün geri çağırır
31342
Amerikalı avtomobil istehsalçısı "Jeep 24" fevral 2021-ci il və 7 iyun 2022-ci il tarixləri arasında istehsal edilmiş 44 708 "Wagoneer" və "Grand Wagoneer" çərçivə yolsuzluq avtomobillərini təmir üçün geri çağıracaq.
Valyuta.az xəbər verir ki, bu barədə "Carscoops" məlumat yayıb.
Nəşrin məlumatına görə, geri çağırılma kampaniyasına düşmüş avtomobillərdə B sütunlu trim düzgün qurulmayıb və bu, qəza zamanı təhlükəsizlik yastığının açılmasını təhlükə altına qoyur.
"Jeep" 22 sentyabr 2023-cü ildə avtomobil sahiblərini xəbərdar etməyə başlayacaq. Trimin düzgün quraşdırıldığını yoxlamaq üçün onlar ən yaxın dilerə gəlməlidirlər. Lazım gələrsə, hissə yenidən quraşdırılacaq.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay