BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
31329

“Bu gün Azərbaycanda köhnə avtomobil almaq problemli məsələdir”. 

Bu sözləri Valyuta.az-a nəqliyyat məsələləri üzrə ekspert Eldeniz Cəfərov “vətəndaşlar aldanmamaq üçün ikinci əl avtomobili alarkən nəyə diqqət etməlidir” sualına cavab verərkən deyib. 

Eldəniz Cəfərov bildirib ki, köhnə avtomobillərin texniki göstəriciləri ilə bağlı diaqnostika sənədi olmur:

“Yaxşı olardı ki, hər bir avtomobilin, xüsusilə köhnə avtomobilin bütün texniki göstəriciləri ümumi bir portalda cəmlənsin. Avtomobili almaq istəyən şəxs isə həmin portaldakı informasiya ilə tanış olub, avtomobil barədə məlumatları əldə etsin. Lakin bizdə avtomobili satan adam alan adama şifahi qaydada məlumat verir. Daha sonra isə alan şəxs avtomobili harasa - özünün tanıdığı ustaya, servisə aparır”.


 
Ekspert köhnə avtomobil alan şəxslərə tövsiyyə edir ki, təcrübəli bir şəxslə getsinlər və qeyd olunan göstəricilərlə maraqlansınlar:

“Birinci təkbaşına avtomobil almaq, seçmək çətin olacaq. Daha sonra isə onlar ilk növbədə avtomobilin istehsal ili ilə maraqlanmalı, yürüşünə baxmalıdır. Bundan başqa zəmanət vaxtı, texniki baxışdan keçə bilibmi, sığortası, cərimələri varmı, qəzaya düşübmü, hansı ağır qəzalara düşüb və s. ilə maraqlanmaq lazımdır”.

Eldəniz Cəfərov deyib ki, rəsmi avtomobil servis mərkəzlərində maşının alqı-satqısı zamanı dörd istiqamətdə diaqnostikası aparılır:

“Bunlardan birincisi mühərrikin və ötürücülər qutusunun hansı vəziyyətdə olmasıdır. Daha sonra asqı sisteminə baxılır. Avtomobilin hərəkət mexaniki, dəmirçi, rəngsaz hissələrinə nəzər yetirilir. Bundan sonra avtomobili almaq istəyən vətəndaşla həmin nəqliyyat vasitəsi haqqında məlumat verilir”. 

Ekspert son olaraq avtomobil almaq istəyən şəxslərə məsləhət verib:

“Avtomobili alarkən çalışın ki, təmiz yuyulmuş maşınlara baxasınız. Bəzən fırıldaqçılıq olur. Avtomobilin müəyyən cızıqlarını ört-basdır etmək istəyən satıcı onu tozlu və palçıqlı vəziyyətdə gətirir. Bu zaman da alıcı həmin problemləri, deffektləri görə bilmir. Ona görə də avtomobil almağa gedəndə günün işıqlı vaxtında getmək lazımdır və təmiz yuylmuş avtomobilə baxmaq lazımdır”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin