"Volkswagen" "Tesla"nı geridə qoydu
Almaniyada avtomobil istehsalçısı Volkswagen elektrik avtomobillərinin satışında “Tesla”nı geridə qoyub.
Valyuta.az xəbər verir ki, bu barədə “Bild” yazır.
2023-cü ilin əvvəlindən Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” Almaniyada 41 475, “Tesla” isə 40 298 elektrikli avtomobil satıb.
Eyni zamanda, Almaniyada avtomobillərin ümumi sayında elektromobillərin payı təxminən 16% təşkil edir.
“Bild”in köşə yazarı Nils Kottmannın sözlərinə görə, ümumiyyətlə, alman avtomobil istehsalçıları bu sahədə "yatıb qalıblar”. Çin bu sahədə dünya lideri olub - dünyada bütün elektrik avtomobillərinin yarısı orada cəmləşib.
2022-ci ildə yerli istehsalçı BYD (1,8 milyon) Çində satışlarında birinci, ikinci yeri “Tesla” (1,3 milyon) tutub. “Volkswagen” Çində 831 min elektromobil satıb.
Əvvəllər bildirilirdi ki, 2030-cu ilə qədər “Porsche” əfsanəvi 911-i istisna edərək, elektrik avtomobillərinin istehsalına keçəcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay