Avto
03.08.2023 / 13:43
"Subaru" 2025-ci ildə yeni krossover təqdim edəcək
31052
Yaponiyanın "Subaru" avtomobil şirkəti "Toyota" ilə əməkdaşlıq edərək, yeni elektrik krossoveri hazırlayır.
Valyuta.az xəbər verir ki, bu barədə insideevs.com xəbər verir.
Yeni "Subaru" modeli Kentukki (ABŞ) ştatındakı "Toyota" zavodunda istehsal olunacaq. Bu məqsədlə meydança modernləşdiriləcək və yeni avadanlıqla təchiz ediləcək. Bu modellə yanaşı, şirkət daha iki elektromobilin - "Toyota bZ5X" və "Lexus TZ"nin istehsalına başlayacaq.
İlkin məlumatlara görə, üç cərgəli krossoverin premyerası 2025-ci ildə baş tutacaq. Modelin adı və ətraflı texniki məlumatlar buraxılışa yaxın dərc olunacaq.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay