Avto
02.08.2023 / 16:00
BMW "6-Series Gran Turismo"nun istehsalını dayandırır (SƏBƏB)
31031
Alman avtomobil istehsalçısı BMW "6-Series Gran Turismo"nun istehsalını 2023-cü ilin sonuna qədər dayandırmağı planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə motor1.com məlumat yayıb.
Nəşrin məlumatına görə, istehsalın dayandırılmasına alıcıların marağının az olması səbəb olub. Xüsusilə, Almaniyadakı brend dilerlər 2022-ci ildə cəmi 509 belə avtomobil satıblar ki, bu da digər marka modellərinin satışı ilə müqayisədə olduqca kiçik rəqəmdir.
Avropa ölkələrində BMW "6-Series Gran Turismos" adətən sərnişinləri hava limanlarından otellərə daşımaq üçün istifadə olunur.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay