Avto
01.08.2023 / 12:10
Yeni HS7 krossoverinin satışı başladı
30973
Avtomobil istehsalçısı "Hongqi" Çin bazarında yeni nəsil HS7 krossoverlərini təqdim edib.
Valyuta.az xəbər verir ki, bu barədə carnewschina.com xəbər verir.
Yenilik brendin ən son modelləri üslubunda dizayn alıb. Krossoverin geniş radiator barmaqlığı, ön bamperə inteqrasiya olunmuş ensiz LED fənərləri, yük qapısında böyük spoyleri var. İçəridə mərkəzi konsolda 12,3 düymlük multimedia sistemli monitor yerləşdirilib.
Avtomobil 252 at gücünə malik 2,0 litrlik benzin mühərriki və 8 pilləli avtomatik transmissiya ilə təchiz edilib. Model 100 km/saata qədər sürəti 8,5 saniyəyə yığır.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay