Avto
28.07.2023 / 22:00
"Buick" yenilənmiş "Regal" sedanını təqdim etdi (FOTOLAR)
30876
"Buick" yenilənmiş "Regal" sedanını təqdim edib.
Valyuta.az xəbər verir ki, bu barədə motor1.com məlumat yayıb.
Qeyd olunur ki, bu, sedanın 2017-ci ildə Çində satışına başlanandan bəri ikinci yenilənməsidir. Avtomobil yeni radiator barmaqlığı, dəyişdirilmiş faralar və bumeranqlar şəklində LED gündüz işıqları ilə təmin olunub.
Yenilənmiş "Buick Regal" Çin bazarında 166 at gücü hasil edən 1,5 litrlik benzin mühərriki ilə təqdim olunacaq. Bundan əlavə, müştərilərə 233 at gücündə daha güclü 2,0 litrlik aqreqatla təchiz edilmiş avtomobillər təklif ediləcək. Hər iki dörd silindrli mühərrik doqquz pilləli avtomatik transmissiya ilə birləşdirilir.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay