“Toyota”nın qlobal satışları ilin birinci yarısında təxminən 5 milyon avtomobilə çatdı
Avtomobil istehsalçısı Toyota Motor 2023-cü ilin ilk yarısında illik müqayisədə 5,1% daha çox avtomobil satdığını və bunun yarımkeçirici tədarükünə qoyulan məhdudiyyətlərin yumşaldılmasının və xüsusilə də Yaponiyada güclü tələbatın olduğunu bildirib.
Valyuta.az bu barədə "Reuters"ə istinadla xəbər verir.
Altı ay ərzində şirkət 2022-ci ilin eyni dövründəki təxminən 4,7 milyon avtomobillə müqayisədə lüks marka “Lexus” da daxil olmaqla dünya üzrə təxminən 4,9 milyon avtomobil satıb.
Yaponiyada “Toyota” satışları illik müqayisədə 33,2% artaraq 878 215 ədədə, ABŞ satışları isə 0,7% azalaraq 1 milyondan bir qədər çox avtomobilə və Asiyada yarım faiz bəndi azalaraq təxminən 1.5 milyon ədədə düşüb.
İyun ayında qlobal satışlar ABŞ və Avropa kimi əsas bazarlarda hibridlər kimi elektrikləşdirilmiş avtomobillər də daxil olmaqla artan tələbin təsiri ilə 10% artaraq 898 947 ədədə çatıb.
İyun ayında Çində satışlar son üç ayda ilk aylıq enişini qeyd edərək, illik müqayisədə 12,8% azalaraq 174 548 avtomobil təşkil edib. Yanvar-iyun aylarında Çində satışlar 2,8% azalıb.
Hibrid elektrik avtomobillərinin qlobal satışları illik müqayisədə 37,6% artaraq 292 131 ədədə çatıb ki, bu da keçən ay dünya üzrə satılan ümumi avtomobillərin üçdə birindən azdır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay