BYD yeni sedanını təqdim etdi (FOTO)
Çinin BYD şirkəti Seal DM hibrid sedanını təqdim edib.
Valyuta.az xəbər verir ki, bu barədə autohome.com.cn məlumat yayıb.
Sedanın Çində satışlar avqustda başlayacaq.
Avtomobilin uzunluğu 4980 mm, eni 1890 mm, hündürlüyü 1490 mm-dir. Təkər bazası 2900 mm-ə çatır. Salonda nəhəng 15,6 düymlük fırlanan ekran və ön paneldə proyeksiya displeyi quraşdırılıb. Seal DM-i səs sistemi BYD-nin daimi təchizatçısı olan "Dynaudio" tərəfindən istehsal edilib. Arxada qoltuqaltı, üç baş dayağı və ISOFIX dayaqları var. Bundan əlavə, Seal DM-i daxili işıqlandırmaya malikdir.
Avtomobilin kapotunun altında iki elektrik mühərriki ilə birlikdə işləyən 1,5 litrlik turbo mühərrik quraşdırılıb. Elektrik stansiyasının ümumi gücü hələ məlum deyil, lakin məlumdur ki, elektrik dartma gücündə güc ehtiyatı təxminən 200 km olacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay