Avto
10.07.2023 / 14:42
“Toyota”nın 3 zavodu pis hava şəraitinə görə fəaliyyətini dayandırdı
30179
Yaponiyada yağan güclü yağışlardan sonra "Toyota Motor" avtomobil istehsalçısı Kyuşu adasında yerləşən üç zavodun işini dayandırıb.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Kanda, Kokura və Mayata zavodları bazar ertəsi işləməyəcək., lakin onlar çərşənbə axşamı işlərini bərpa etməlidirlər. Həmçinin Kyuşu adasında Daihatsu avtomobillərinin istehsalı dayandırılıb.
Yaponiyanın cənub-qərbində leysan yağışları nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb. Mümkün sürüşmə və çay daşqınları ilə əlaqədar 200 mindən çox insan təhlükəli ərazilərdən təxliyə üçün tövsiyələr alıb. Yaponiya Meteorologiya Xidməti iki prefekturada ən yüksək xəbərdarlıq səviyyəsini elan edib.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay