Çin yeni sürücüsüz TIR-ı istifadəyə verdi
Çinin “TuSimple” şirkəti istehsal etdiyi avtonom yarı avtomatik TIR texnologiyasını sınaqdan keçirib.
Valyuta.az xəbər verir ki, şirkət ictimai sahədə sınaqları uğurla başa vurub. Şirkət sınaqlardan sonra heç bir insan sürücüsü və müdaxiləsi olmayan tam avtonom yük maşınını uğurla istifadəyə verib. Şirkətdən verilən açıqlamada ilk sürücüsüz yük maşını səyahətinin uğurla başa çatdığı bildirilib. Avtomobil 2021-ci ilin dekabrında şirkət ABŞ-ın Arizona ştatındakı dəmir yolu ilə Feniksdəki paylama mərkəzi arasında təxminən 125 kilometrlik avtonom səyahəti uğurla qət edib.
Sonuncu dəfə isə “TuSimple”nin istehsal etdiyi nəqliyyat vasitəsi “Yangshan Dərin Su Limanı Parkı”ndan “Donghai Körpüsü”nə qədər ictimai magistral və küçələrdə problemsiz hərəkət edib. Bildirilir ki, “TuSimple” bu ayın əvvəlində Yaponiyada özünü idarə edən yük maşınlarını sınaqdan keçirməyə başlayıb və Asiya bazarlarına daha çox sərmayə qoyur.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay