"Mercedes"dən yenilik, artıq avtomobillə söhbət edə biləcəyik
"Mercedes-Benz", sürücülük təcrübəsini dəyişdirmək üçün "Microsoft"un ChatGPT texnologiyasını avtomobillərinə inteqrasiya edib.
Valyuta.az xəbər verir ki, "OpenAI" tərəfindən hazırlanmış ChatGPT, demək olar ki, hər şeyi bilən şəxsi müəllim kimi bir çox suallara cavab verəcək. ChatGPT-nin son vaxtlar populyarlaşması süni intellektli chatbotlara marağı artırıb.
Bu texnologiya ilkin olaraq ABŞ-dakı müştərilər üçün rüblük beta proqramı çərçivəsində seçilmiş avtomobillərdə mövcud olacaq. Bununla belə, Mercedes gələcəkdə digər ölkələrdə ChatGPT funksiyasından istifadə üzərində işləyir. "Mercedes"in avtomobildəki köməkçisi, sadəcə olaraq "İsti açın" və ya "Hava necədir?" kimi sadə, əvvəlcədən proqramlaşdırılmış əmrlərə cavab vermək əvəzinə, demək olar hər mövzuda təbii danışmalar həyata keçirəcək.
Rüblük beta dövrü iyunun 16-da başlayacaq və yalnız MBUX əyləncə sistemi olan bəzi "Mercedes" modellərini əhatə edəcək.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay