Çin partiya elitasının istifadə etdiyi avtomobillər Belarus bazarına girir
Belarusda Çinin dəbdəbəli avtomobil markası Hongqi-nin avtosalonları açılacaq.
Valyuta.az FAW Hongqi-nin Belarusdakı nümayəndəsi Pavel Sadovnikova istinadən xəbər verir ki, bu markalı avtomobillərin bu ölkədə yığılmasının təşkili də planlaşdırılır.
“Hazırda mütəxəssislərimizdən ibarət qrup Çinin Urumçi şəhərindəki Hongqi istehsalat sahəsindədir və burada ölkəmiz üçün ilk istismar dəstlərinin göndərilməsi planlaşdırılır. Təəssüf edirəm ki, Hongqi hələ də ölkəmizdə az tanınan brenddir, lakin Çində çox statuslu brenddir”, - Sadovnikov bildirib.
Onun sözlərinə görə, Minskdə Hongqi avtosalonu açılır. Belarus bazarına beş model çıxacaq, HS5 krossoverinin Belarusda yığılması planlaşdırılır.
Aprel ayında Hongqi Rusiya bazarına rəsmi girişini elan edib. Dilerlər mayın sonunda avtomobillərinin qiymətlərini açıqlayıblar.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay