Bundan sonra “AvtoVAZ”da məhkumlar işləyəcək
AvtoVAZ-da işləmək üçün məhkumların məcburi əməyə cəlb edilməsi nəzərdə tutulur. Müvafiq danışıqlar şirkətin nümayəndəsi ilə Samara vilayəti üzrə Federal Penitensiar Xidmətin rəhbəri arasında aparılıb.
Valyuta.az xəbər verir ki, bu barədə Federal Penitensiar Xidmətin regional idarəsinin saytında məlumat verilib.
“2023-cü ilin sentyabrına qədər zəruri əmək resurslarının ümumi həcmi 1100 nəfər, 2024-cü ilin yanvarına qədər isə 2900-dən çox olacaq. Bunlardan ümumi ehtiyacın 50%-ə qədəri məcburi əməyə məhkum edilmiş şəxslər tərəfindən ödənilə bilər. Müəssisədə 19 mütəxəssisin adına tələbat var. Onların arasında mexaniki montajçı, metal emalı avadanlığının operatoru, dəmirçi-zımbaçı, rəngsaz da var”, - FSIN-in məlumatında deyilir.
Məhkumların AvtoVAZ-da işləməyə cəlb edilməsi 2023-cü ilin sentyabr ayından istehsal göstəricilərinin 28%, 2024-cü ilin yanvar ayından isə birinci əsas konveyerdə 40% artırılması, habelə Tolyatti və Samara vilayətinin əmək bazarındakı gərgin vəziyyətlə əlaqədar tələb olunur, - FSIN-in mesajında qeyd edilib.
Əvvəllər Ural avtomobil zavodu məhkumların işə cəlb edilməsi praktikasından yararlanıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay