Azərbaycanda Çin avtomobillərinə maraq niyə artır? - Ekspert açıqladı
Son vaxtlar avtomobil bazarında Çin istehsalı olan avtomobillərə maraq artıb. Məlumatlara görə, son iki ildə Çinin 6-7 avtomobil markası Azərbaycan bazarına daxil olub. Azərbaycanda əsasən Çin istehsalı olan “Changan”, “Chery”, “Geely”, "Haval" markalı avtomobillər daha populyardır.
Görəsən, hansı səbəbdən ölkəmizdə Çin istehsallı avtomobillərə maraq artıb?
Valyuta.az-a açıqlama verən avtomobil eksperti Ramil Osmanov bildirir ki, Çin maşınlarına Azərbaycanda marağın artması onların qiymətlərinin xeyli ucuz olması ilə bağlıdır:
“Çin avtomobillərinə marağın artmasının kökündə sırf qiymət amili dayanır. Bu da Çin istehsallı avtomobillərin digərlərilə müqayisədə ucuz olması ilə bağlıdır. Həmin avtomobillər həm də ekonom-siti tələblərinə cavab verən nəqliyyat vasitələridir. Ona görə də Çin avtomobillərinin Azərbaycanda sayı sürətlə artır. Başqa amillərin isə burada heç bir rolu yoxdur. Gömrük rüsumları, aksiz vergiləri demək olar ki, bütün ölkələrin nəqliyyat vasitələrinə eyni formada tətbiq olunub. Sadəcə Çin avtomobillərində qiymətlər digərlərilə müqayisədə daha aşağıdır. Bir sıra siniflər üzrə Çin avtomobillərinin qiyməti hətta bir neçə dəfə aşağıdır”.
Rüfət
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay