BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
27975

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən "MİDA” MMC avtomobillərə texniki xidmətin göstərilməsi ilə bağlı satınalma müsabiqəsinə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi "Şərq Motors” MMC olub. MMC-lər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 76.150,12 AZN təşkil edir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Şərq Motors” MMC 28 iyun 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN-dir. Şirkətin qanuni təmsilçisi isə Quliyev Müşfiq Səlim oğludur. 

"Şərq Motors” şirkəti Yaponiya, Cənubi Korea və Avropa istehsalı olan avtomobillərə ehtiyat hissələrinin idxalı, satışı və servis xidmətini həyata keçirir. 

Şirkət 2007-ci ildən "Hyundai Auto Azerbaijan”ın rəsmi dileri, 2010-cu ildən isə "Kia Motors Azerbaijan”ın rəsmi dileridir. 2016-cı ildən etibarən müstəqil olaraq servis xidməti və ehtiyat hissələrinin satışını da həyata keçirir.

Bu məlumatlar "Şərq Motors”un veb-səhifəsindən götürülüb. Şirkətin qanuni təmsilçisi Müşfiq Quliyev barəsində isə açıq mənbələrdə hər hansı məlumat yoxdur. 

"MİDA”nın elan etdiyi müsabiqənin şərtlərindən məlum olur ki, yalnız bir avtomobilə texniki xidmət göstərilməsindən söhbət gedir. 2015-ci il istehsalı olan "Chevrolet Captiva” markalı həmin avtomobilin demək olar bütün detalları yeniləcənək. "Chevrolet Captiva”nın yenisinin qiyməti 50-55 min manat civarındadır. O zaman "MİDA” MMC-nin köhnə avtomobilin təmirinə 76 min manat xərcləməsi anlaşılan deyil. 

"MİDA” MMC 17 may 2016-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 000 AZN-dir. Şirkətin qanuni təmsilçisi isə Təhməzov Fərhad İlahi oğludur. 

Fərhad Təhməzov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşıdır. O, 2016-cı ildən "MİDA” MMC-nin direktoru vəzifəsində çalışır.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin