Azərbaycanda nə qədər avtomobil istehsal olunur və neçəsi satılır? - Rəqəmlər
2022-ci ildə Azərbaycanda 2049 ədəd minik avtomobili istehsal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 1,4% azalıb. Bu ilin yanvar ayının 1-i tarixinə hazır məhsul ehtiyatı 270 ədəd olub.
Qeyd edək ki, ötən ilin yanvar ayının 1-i tarixində hazır məhsul ehtiyatının 340 ədəd olduğunu nəzərə alsaq, o zaman ötən il Azərbaycanda yerli istehsal olan 2 119 ədəd avtomobil satılıb.
Məlumat üçün bildirək ki, Azərbaycanda avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Bunlar Neftçala, Gəncə və Naxçıvanda yerləşir. Gəncə avtomobil zavodunda əsasən kənd təsərrüfatı texnikası istehsal olunur. Naxçıvan avtomobil zavodu isə uzun müddətdir istehsal prosesini dayandırıb.
Minik avtomobillərinin yeganə istehsalçısı hazırda Neftçala Avtomobil Zavodudur. Zavod “Azərmaş” ASC tərəfindən qurulub. İllik istehsal gücü 10 min ədəd olan bu zavodda əsasən "Khazar” avtomobil modelləri istehsal olunur. İstehsal olunan avtomobillərin əsas alıcısı isə dövlət qurumları olur.
“Azərmaş” ASC ötən il Sosial Xidmətlər Agentliyinə 160 ədəd avtomobil satıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay