Avtomobil sahiblərinin diqqətinə: İcbari sığorta haqqının hesablanması qaydası dəyişə bilər
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının hesablanması qaydası dəyişə bilər.
Valyuta.az "Report"a istinadən xəbər verir ki, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da bu dəyişikliklə bağlı müzakirələr gedir:
"Hazırda qısa şəkildə icbari avtomobil sığortası dediyimiz avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası nəqliyyat vasitəsinin mühərrikinin həcminə görə hesablanır. Yəni mühərrikin həcmi üzrə kubmetrlər artdıqca xidmət haqqı da artır. Bu, klassik yanaşmadır. İndi isə yeni yanaşma tələb olunur. Təkliflər var ki, bu sığorta növü avtonəqliyyat vasitəsinin kubmetrinə görə yox, at gücünə görə hesablansın. Çünki indi texnologiya inkişaf edir. Nəticədə 1500 kubmetr mühərrikə malik avtonəqliyyat vasitəsinin at gücü 2000-2500 kubmetrə malik köhnə avtomobilin at gücündən çoxdur".
Azərbaycan hökuməti bu yeni qaydanı tətbiq etmək üçün baza formalaşdırmalıdır və orada avtonəqliyyat vasitələri at gücü ilə katoqoriyalaşdırılmalıdır. Nəticədə həmin kateqoriyalar üzr ödənişlər müəyyən edilməlidir.
Hazırda minik avtomobillərinin və onların bazasında istehsali edilmiş digər avtonəqliyyat vasitələrinin mühərriklərinin həcminə görə sığorta haqqı belədir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay