Avtomobillərin icbari sığortası ilə bağlı vacib xəbər (VİDEO)
İcarəyə verilən avtomobillər, taksi fəaliyyəti göstərən ekonom nəqliyyat vasitələri...
Son vaxtlarbelə avtomobillərin icbari sığortasından imtina edilməsi ilə bağlı iddialar yayılır.Xüsusilə, mühərrikinin həcmi 2 kub santimetrə qədər olan nəqliyyat vasitələrininsahibləri bu cür problemlə qarşılaşdıqlarını bildirirlər. Avtomobil alqı-satqısı ilə məşğul olan Sərxan Qədirov dadeyir ki, son günlər sürücülər tez-tez belə hallarla üzləşirlər.
Ətraflı
Sərxan Qədirovun sözlərinə görə, bəzən də şirkətlər avtomobilin sığorta dəyərindən 2 dəfə artıq məbləğ tələb edirlər.
Məsələni araşdırmaq üçün sığorta şirkətlərindən biri ilə əlaqə saxladıq. Bildirildi ki, şirkət nəqliyyat vasitələrinin sığortalanmasından imtina etmir. Ancaq 1,5 və 2 kub santimetr arası mühərrikli avtomobillərin icbari sığortasına daha həsssas yanaşırlar. Çünki həmin avtomobillər, əsasən taksi fəaliyyəti üçün istifadə edilir.
Mühərrik həcmi kiçik avtomobillərin sığorta rüsümlarına gəlincə isə, şirkətdən deyildi ki, 1,4 kub santimetr mühərrikli avtomobillərinsığorta qiyməti iddia edildiyi kimi 28 manat yox, 50 manatdır.
Sığorta üzrə ekspert Vüsal Bədəlov deyir ki, sözügedən avtomobillər daha çox ya icarəyə verilir, ya da taksi fəaliyyəti üçün istifadə edilir. Törədilən qəzalarda da həmin nəqliyyat vasitələrinin payı çoxdur. Sığorta haqqı isə dəyən ziyanı qarşılamadığından bəzi şirkətlər bu avtomobilləri sığortalamaq istəmirlər.
Məsələ ilə bağlı İcbari Sığort Bürosundan isə bildirildi ki, sığorta şirkətləri icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz. Çünki bu məsələ mövcud qanunvericiklə tənzimlənir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay