Avto
10.05.2022 / 16:00
Azərbaycanda ən çox və ən az satılan avtomobillər (SİYAHI)
21714
2022-ci ilin birinci rübü üzrə Azərbaycanda rəsmi avtomobil dilerlərinin satışlarının həcmi məlum olub.
APA-nın avtomobil bazarından əldə etdiyi məlumat görə, yanvar-mart aylarında 33 brend üzrə 2189 avtomobil satılıb.
Satışların həcminə görə, “Toyota” birinci (544 ədəd), “Hyundai” ikinci (377 ədəd), “Kia” isə üçüncü (284 ədəd) olub.
“Lada”nın istehsalı ilə bağlı məhdudiyyət yaransa da, satışların həcminə görə siyahıda dördüncü (268 ədəd) olub. Bununla belə, fevral ayı ilə müqayisədə mart ayında “Lada”nın satışı 11% azalıb.
İlk beşliyi 126 ədəd satışla “Mitsubishi” tamamlayıb.
2022-ci ilin birinci rübündə 5 marka üzrə - “Lamborgini”, “Ferrari”, “Jaguar”, “ZX Auto” və “Opel” avtomobili satılmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay