Xaricdən avtomobil almaq istəyənlər üçün vacib xəbər (VİDEO)
Elektrik mühərrikli avtomobillərin idxal rüsumundan azad olunması gözlənilir.
Valyuta.az xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə müsahibəsində Dövlət Gömrük Komitəsinin Gömrük Ödənişləri idarəsinin rəisi Taryel Alıverdiyev deyib.
O bildirib ki, mövcud qanunvericiliyə əsasən hazırda bu növ nəqliyyat vasitəsinin idxalı əlavə dəyər vergisindən azaddır. Növbəti güzəşt isə bu avtomobillərin idxal rüsumundan da azad edilməsi ola bilər.
Bununla bərabər elektromobillər üçün infrastruktur genişləndirilməsi də prioritet hədəflərdəndir. Bu məqsədlə həmin avtomobillər üçün enerjidoldurucularının da rüsumdan azad edilməsi gözlənir
Qeyd edək ki, istehsal tarixi 3 ildən, mühərrikinin həcmi isə 2500 kub santimetrdən çox olmayan hibrid avtomobilləri isə idxal zamanı yalnız əlavə dəyər vergisindən azaddır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay