BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
20535

“2022-ci ilin yanvarın 1-dən Azərbaycana idxal olan ekoloji cəhətdən təmiz avtomobillər əlavə dəyər vergisindən azad olunub. Həmçinin, mühərrik həcmi 3000 kubsantimetrdən yüksək olan avtomobillərə görə alınan aksiz vergisi də artırılıb. Bu azadolmadan sonra ölkəmizə distribütorların gətirdiyi yeni hibrid avtomobillərin qiymətlərində enmələr müşahidə edilir”.

Valyuta.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında ekspert Eldəniz Cəfərov avtomobil bazarındakı vəziyyətlə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, bununla da qiymət balanslaşdırılması aparılır:

“Deməli, mühərrik həcmi 3000 kubsantimetrdən böyük, istehsal tarixi 7 ildən çox olan avtomobillərin də rüsumları yüksəldilib. Bugünkü Azərbaycan avtomobil bazarını götürsək, həm yeni, həm də köhnə avtomobillərin qiymətləri hazırda stabil olaraq qalır. Yanvar ayına nisbətən fevral ayında qiymətlərin kəskin artması müşahidə edilməyib. Düşünürəm ki, ən azı bu ilin may ayının sonuna qədər qiymətlər stabil olaraq qalacaq. Qiymətlərdə kəskin artım və ya azalma müşahidə edilməyəcək”.

Ekspert bildirib ki, hazırda vətəndaşlar daha çox qənaətcil avtomobillərə üstünlük verirlər:

“İkinci əl, eyni zamanda yeni avtomobil bazarında tələbat daha çox mühərrik həcmi 1200 kubsantimetrdən 2000 kubsantimetrə qədər olan maşınlaradır. Bura biz həm sedan, həm də krasover avtomobilləri aid edə bilərik.

Qeyd etmək lazımdır ki, 2022-ci il ərzində Azərbaycanda trenddə mini krasoverlər və krasoverlər olacaq. Ölkəmizə daha çox hibrid və elektrik avtomobillər idxal olunur. Əhalimiz də daha çox belə ekoloji təmiz maşınlara üstünlük verirlər. Yeni avtomobil almaq istəyən vətəndaşlarımız ilk növbədə hibrid avtomobilləri ilə maraqlanır. Daha sonra isə benzin və dizellə çalışan avtomobillərə maraq göstərirlər. Bu da sevindirici haldır ki, bizim vətəndaşlarımız həm qənaətcil, həm də sağlamlığa və ətraf mühitə ziyan vurmayan avtomobillərə üstünlük verirlər”.

Ekspert əhalinin daha çox müraciət etdiyi markalar barədə də danışıb:

“İlk beşlikdə olan avtomobillər mühərrik həcmi təxminən 1500-1800 kubsantimetr olan avtomobillərdir. Bunlar həm sedan, həm də krasover seqmentinə aid maşınlardır. Konkret markalardan bəhs etsək, Azərbaycana indi Rusiyadan “Lada”lar idxal edilir. Düzdür, onların təhlükəsizlik sistemləri bəzən müasir tələblərə cavab verməsə də, qiyməti ucuz olduğuna görə alırlar.

Həmçinin, Cənubi Koreya, Yaponiya və Avropa istehsalı olan avtomobillər ölkəmizdə çoxluq təşkil edir. Amma cəlbedicilik və komfort baxımından vətəndaşlarımız daha çox Avropa və Yaponiya istehsalı avtomobillərə üstünlük verirlər. Hazırda şəhərdə “Toyota”, “Hyundai”, “Mercedes” tipli maşınlar daha çox sürülür”.

E.Cəfərov bildirib ki, hər hansı markanın üstünlük təşkil etməsi onun servis xidmətindən asılıdır:

“Əgər hər hansı markanın servis xidməti yüksəkdirsə, həmin ölkələrdə o modellərə də tələb artır. İkinci əl avtomobil bazarında biz daha çox Rusiya və Avropa istehsalı maşınları görə bilirik. Birinci əl avtomobil bazarlarında isə biz Yaponiya və Cənubi Koreya istehsalı avtomobillərin populyar olduğunu müşahidə edirik”.

Ekspert avtomobil bazarındakı qiymətlər, kredit şərtləri ilə bağlı da danışıb:

“İkinci əl avtomobil bazarında orta qiymət 13-15 min manatdır. Yeni avtomobil bazarında isə orta qiymət təxminən 25 min dollar, təxminən 40 min manat təşkil edir.

Vətəndaşlarımız yeni avtomobil alarkən, təbii ki, kreditə üstünlük verirlər. Bu, bütün dünyada belədir, yəni yeni avtomobil alarkən insanlar ilk növbədə onun kredit şərtləri ilə maraqlanır.
Amma dünya ilə müqayisədə Azərbaycanda avtokreditləşdirmənin şərtləri olduqca ağırdır. Faizlər olduqca çox yüksəkdir. Bu səbəbdən də kreditlə avtomobil almaq vətəndaşlar üçün o qədər də cəlbedici görünmür. Çünki vətəndaş kreditlə avtomobil alırsa, ilkin ödəniş olaraq avtomobilin ümumi məbləğinin 40 faizini əvvəldən ödəməlidir. Sonra isə qalan məbləğ illik 15 faizlə verilir. Bunlar da özlüyündə yüksək qiymətlər olduğuna görə, bir çox vətəndaşlarımız bu sövdələşməyə getmir.

Hətta, bununla da iş bitmir. Kreditlə avtomobil alan vətəndaşlarımızdan bank xərcləri, kasko sığortası kimi əlavə rüsumlar da çıxarılır. Bu faiz qiymətləri o qədər yüksəkdir ki, bu, avtomobilin ilkin ödənişinin 40 faizini də ötüb-keçir. Bu da fantastik rəqəmlərə gətirib-çıxarır”.

“Biz həmişə bu mənada təkliflər vermişik. Təklifimiz ondan ibarətdir ki, ilkin ödəniş olaraq vətəndaşdan avtomobilin məbləğinin 20 faizi tələb edilsin, qalan məbləğ isə illik 9-10 faiz civarında verilsin. Düşünürəm ki, bu, həm bizim avtomobil alan vətəndaşlarımız üçün, həm də kommersiya bankları üçün normal qiymət ola bilər. Bu şəkildə kredit şərtlərinin sadələşdirilməsi, kasko sığortanın qiymətinin endirilməsi yaxşı addım olar. Bu zaman vətəndaşlarımız köhnə avtomobillərdən imtina edərək, yeni avtomobil alarlar. Bununla da ölkəmizin avtomobil parkı təbii qaydada yenilənər. Yəni biz bu köhnə, yararsız maşınlardan xilas ola bilərik”, - deyə E.Cəfərov deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin