Avto
17.09.2021 / 16:08
“Renault” 2 min nəfəri işdən çıxarmağı planlaşdırır
18317
Fransanın avtomobil istehsalçısı “Renault SA”, bəzi müəssisələrindən 2 min nəfəri işdən çıxarmağı, “Data” elmi və batareya kimyası sahələrində isə 2 min 500 nəfəri işə götürməyi planlaşdırır.
“Renault” da elektromobillərə keçid üçün səy göstərir.
Şirkət Fransada doqquz yeni model çıxarmağa hazırlaşır.
Fransa dövləti Renault-un ən böyük səhmdarıdır.
Xatırladaq ki, şirkət keçən il də 4 min 600-ü Fransada olmaqla (ölkə daxilindəki işçi qüvvəsinin təxminən 10%-nə bərabər gəlir) qlobal olaraq 14 min 600 nəfəri işdən çıxaracağını və istehsal gücünü təxminən 20% azaldacağını açıqlamışdı.
Mənbə: Marja
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay