Avto
16.09.2021 / 16:07
Avropada avtomobil satışı avqustda 20 faizə yaxın azalıb
18262
Bu ilin avqust ayında Avropa İttifaqı (Aİ) ölkələrində 623 min ədəd yeni avtomobil satılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 % azdır.
O cümlədən, ötən ay avtomobil satışı İspaniyada 28,9 %, İtaliyada 27,3 %, Almaniyada 23 %, Fransada isə 15 % azalıb.
Hesabat dövründə “Stellantis”in (keçmiş "Fiat" və PSA) satışlarında 29,7 %, “Volkswagen Group”un satışlarında 15,9 %, “Renault” qrupunun satışlarında isə 20,6 % azalma olub.
2021-ci ilin yanvar-avqust aylarında isə avropalılar 6,8 milyon ədəd yeni avtomobil alıb ki, bu da 1 il əvvələ nisbətən 11,6 % çoxdur.
Mənbə: Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay