BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
18217

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 571 milyon 757.80 min ABŞ dolları dəyərində 56 361 ədəd avtomobil idxal olunub.

Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında qeyd edilib. 

Ötən ilin müvaviq dövründə isə idxal olunan avtomobillərin dəyəri 399 milyon 498.58 min dollar, sayı isə 33 178 ədəd olub. Burdan da aydın olub ki, bir il ərzində məbləğdə 172 milyon 259,22 min dollar və 30,2 faiz, sayında isə 23 183 ədəd və ya 41,2 faizlik artım baş verib.

Qeyd edək ki, hesabat dövründə idxal olunan avtomobillərin 123 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi olub ki, bunun da dəyəri 16 milyon 890.47 min dollar həcmində olub. 

Ötən ilin analoji dövründə isə bu avtomobillərin sayı 108 ədəd, dəyəri isə 9 milyon 167.91 min dollar olub. Aydın olur ki, bu avtomobillərin sayında cəmi 15 ədəd və ya 12,20 faiz, çəkilən xərclərində isə 7 milyon 722,56 min dollar və ya 45,7 faizlik artım baş verib. 

Ölkəyə eləcə də 490 milyon 097.93 min dollar dəyərində 52 488 ədəd minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal olunub. Ötən ilin eyni dövründə isə Azərbaycana gətirilən bu avtomobillərin ümumi dəyəri 348 milyon 211.57 min dollar, sayı da 1 026 ədəd olub. Burdan da görünür ki, bir il ərzində avtomobillərin dəyərində 141 milyon 886,36 min dollar və ya 29 faiz, sayında isə 21 462 ədəd və ya 40,9 faiz artım baş verib. 

Bu il ölkəyə daxil olan minik avtomobillərin 7 234 ədədi daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri olub ki, bu da 44 milyon 819.96 min dollar həcmində olub. 2020-ci ilin eyni dövründə isə ölkəyə 17 milyon 496.41 min dollar səviyyəsində 3050 ədəd eyni minik avtomobili daxil olub. Aydın olur ki, 1 il ərzində avtomobillərin dəyəri 27 milyon 323,55 min dollar və ya 60,9 faiz, sayı isə 4184 ədəd və ya 4,2 faiz artıb. 

Ölkəyə həmçinin 1 milyon 846.40 min dollar həcmində 55 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi daxil olub. 

Cari dövrdə ölkəyə gətirilən yük daşımaq üçün mühərrikli nəqliyyat vasitəsinin ümumi sayı 3 675 ədəd, dəyəri isə 55 milyon 825.70 min dollar təşkil edib. Həmçinin, ölkəyə 75 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitəsi daxil olub ki, bunun da ümumi dəyəri 8 milyon 943.70 min dollar səviyyəsində olub.

Rövşən Ziya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin