BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
17506

Ötən ilin sonlarından başlayaraq dünya bazarında avtomobillərin qiymətində müəyyən artım müşahidə edilməyə başlayıb. 

Bu ilin əvvəlində isə ekspertlər açıqlamışdı ki, 2021-ci ilin sonuna qədər avtonəqliyyat vasitələrinin qiyməti modelindən asılı olaraq 5-10 % civarında artacaq. Bahalaşmaya səbəb kimi isə yük konteynerlərinə olan tələbatın artması, pandemiya ilə əlaqədar tətbiq edilən sosial məsafə tədbirləri nəticəsində müəyyən avadanlıqların istehsalının azalması və başqa səbəblər göstərilirdi.

Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə ekspert Eldəniz Cəfərov açıqlama verib. 

Ekspert bildirir ki, tələbin artması bazarda bahalaşmanı yaradan əsas səbəblərdəndir.

E.Cəfərovun sözlərinə görə, ölkələr daha çox xammal ixracatçısı deyil, istehsalçı olmağı məqsəd kimi qarşıya qoyub:

“Bu gün ABŞ, Çin, Yaponiya, Almaniya, Koreya və başqa bu kimi ölkələr arasındakı iqtisadi rəqabət güclənib. Bir faktı da qeyd etmək lazımdır ki, pandemiya olmasına baxmayaraq Çin bu il rekord həddə neft alıb. Hətta onlar İranla da yeni müqavilə imzalayıblar. Onlar İrandan da milyardlarla dollar dəyərində neft almağı planlaşdırırlar. Bu bir daha əmtəə və istehlakçı uğrunda da ciddi mübarizənin getdiyini göstərir.

Bu gün “gadget”lərə (xırda avadanlıqlar) maraq o qədər artıb ki, bütün ölkələr onu özü istehsal etmək istəyir. Xüsusən də bu mobil telefon və avtomobil sektorunda müşahidə edilir. Əgər ötən illərin statistikasına fikir versək görərik ki, Çin Avropa ölkələrində daha çox elektromobil istehsal edib satıb”. 

Onun sözlərinə görə, hazırda bu sahədə əsas rəqabət ABŞ, Çin və Avropa İttifaqı ölkələri arasında gedir:

“Bütün bu sadaladıqlarımın nəticəsidir ki, Çin, ABŞ kimi böyük dövlətlərin mal daşımalarına nəqliyyat vasitələri çatışmır. Hətta böyük holdinqlər belə loqistika və daşımaçılıqda çətinliklərlə üzləşirlər. Burada dövlətlərin maraqları toqquşduğu üçün bir sıra şirkətlər yükdaşıma gəmi-bərələri, konteynerlər tapa bilmirlər. Bu səbəbdən də daşımaçılığın qiyməti yüksəlir. Rəqabətin artması səbəbindən öhdəsində 100 və daha çox gəmi-bərə olan şirkətlər bir neçə illik icarəyə götürülür.

Yük dövriyyəsi artsa da bərələrin hərəkət etdiyi yollar məhduddur. Eyni yoldan daha çox yük gəmisi buraxmaq mümkün deyil. Çünki onlar müxtəlif kanallardan keçir. Bu yaxınlarda Suveyş kanalında gəminin ilişib qalması və bu kimi oxşar hadisələr də yükdaşımaların sürətinə təsir edib. Loqistika və daşımaçılığın qiyməti yüksəldiyindən əmtəələrin də qiyməti artır”.

Azərbaycanın da dünya iqtisadiyyatının bir qolu olduğunu deyən ekspertin sözlərinə görə, bu səbəbdən də qiymət artımı ölkəmizə də təsirsiz ötüşmür: 

“Yaxşı haldır ki, ölkəmizdə demoqrafik problem yoxdur. Əhalinin sayı normal templə artır, bu isə avtonəqliyyat vasitələrinə olan ehtiyacı da artırır”.

Ekspert son illər Azərbaycanın bölgələrində avtomobil alqı-satqısının artdığını qeyd edib:

“Əgər əvvəllər dillerlər yalnız mərkəzdə avtosalon açmağa üstünlük verirdilərsə, son zamanlar bölgələrdə baş verən hərəkətlilik onlara regionlarda da yeni avtomobil satış mərkəzinin açmalarına imkan yaradır. Tələbatın artması müsbət haldır, amma biz çalışmalıyıq ki, ölkəmizə daha müasir və ekoloji cəhətdən təmiz avtomobillər idxal olunsun.

Bildiyiniz kimi bu ildən avtomobillərin beyni deyilən “çip”lərin istehsalı ilə məşğul olan şirkətlər elan elədilər ki, həmin avadanlıqların istehsalında problem yaranıb, defisit mövcuddur. Təbii ki, bu da avtomobillərin bazar dəyərinə təsir etdi və yüksəlmə baş verdi. Payızdan etibarən biz dünya bazarında avtomobil qiymətlərinin daha 5 % yüksəlməsinin şahidi olacağıq”. 

Onun fikrincə, qiymət artımı əsasən idxalçı ölkələrdə hiss olunacaq: 

“ABŞ, Çin kimi iri istehsalçılar bu yüksəlməni hiss etmir. Ölkəmiz də avtomobil idxalçısı olduğu üçün bu Azərbaycana da təsir edəcək. Payız-qış mövsümündə biz yeni avtomobillərin qiymətində 5 %-lik artıma şahid ola bilərik. Bir daha qeyd edim ki, bu dünyada gedən proseslərlə bağlıdır. Dünyada bahalaşma olacaqsa, Azərbaycana da təsirsiz ötüşməyəcək.

İkinci əl avtomobil bazarında isə qiymətlər hələ də sabitdir. Lakin payızda bizi hansı sürprizlər gözləyəcək onu demək çətindir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin