Avto
16.08.2021 / 10:15
Qlobal avtomobil bazarı 6,3 faiz azalıb
17024
Dünya avtomobil bazarı iyulda 6,3 % azalaraq 6,463 milyon ədədə düşüb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu ilin 7 ayı ərzində dünya üzrə 48,527 milyon avtomobil satılıb.
İyulda satışlar üzrə lider Çin olub. Bu ölkədə 1,842 milyon avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 9,8 % azdır. Mənfi dinamika ardıcıl olaraq üç aydır ki davam edir. Bu, çip çatışmamazlığı, xammalın bahalaşması və Çində koronavirusun yeni dalğası ilə əlaqədardır.
Qərbi Avropanın avtomobil bazarları hesabat ayında 23,8 % azalaraq 1,01 milyon ədədə çatıb. Şərqi Avropada 349 min yeni avtomobil satılıb. Bu, əvvəlki ayın göstəricisi ilə müqayisədə 9,7 % azdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay