Çinin batareya istehsalçısı liderliyini qoruyur - 170 milyard dollar
Elektrikli avtomobillər üçün batareya istehsalında dünya lideri, Çin şirkəti CATL (Contemporary Amperex Technology) yeni istehsal texnologiyasına keçir.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, BMW-dən tutmuş Teslaya qədər bütün aparıcı avtomobil nəhənglərini batareya ilə təchiz edən şirkət daha bahalı litium və nikel əvəzinə ucuz enerji mənbəyi tapıb - duz kristalları.
Daha az enerji sıxlığına baxmayaraq, duz əsaslı sodium-ion batareyaları çox ucuz başa gəlir və qiymət rəqabətində CATL-ı hamıdan üstün edir. Şirkətin təkcə bu sahədə tədqiqat mərkəzində 5 min elmi işçi və mühəndis çalışır.
Son 10 ildə qlobal liderə çevrilən CATL-ın bazar dəyəri ötən il 160% artaraq, 170 milyard dollara yaxınlaşıb. Bununla da şirkət Tesla və Toyota çıxılmaqla, qalan bütün avtomobil istehsalçılarından daha dəyərlidir. Batareya istehsalında əsas rəqiblər olan Panasonic və LG Chem-in birgə dəyəri belə CATL-a çata bilmir.
Təkcə bu ilin 1-ci rübündə 12 Giqavatlıq batareya satan şirkətin rəhbəri Robin Zeng-in sərvəti digər Çin nəhəngi Alibaba-nın sahibi Cek Ma ilə eynidir. Rəhbərliyindəki şəxslərdən 9-u Forbesin milyarderlər siyahısında olan CATL bir şirkətdəki rəsmi milyarderlərin sayına görə də dünya rekordçusudur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay