Avto
04.08.2021 / 16:16
“Subaru” 165 min avtomobili geri çağırır
16558
Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Subaru” şirkəti ABŞ bazarından 165 min avtomobili geri çağırır.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, buna səbəb nəqliyyat vasitələrinin yanacaq nasosunda qüsur olmasıdır.
Belə ki, hərəkət zamanı mühərrik qəfil dayana bilər ki, bu da qəza riskini artırır.
Avqustun 29-da start götürəcək geriçağırma kampaniyası 2018-ci ildə istehsal edilmiş “Ascent” və “Forester”, eləcə də 2018-2020-ci illərin buraxılışı olan “Impreza”, "Legacy” və “Outback” modellərini əhatə edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay