Avto
28.07.2021 / 19:34
"Tesla" elektrikli pikap istehsalını da təxirə saldı
16189
ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkəti “Cybertruck” elektrikli pikapın istehsalını 2022-ci ilə qədər təxirə salıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, buna səbəb 4 680 tipli akkumulyator batareyaların çatışmamazlığıdır.
Hazırda bu səbəbdən ancaq məhdud partiyada pikap buraxmaq mümkündür. Belə olan təqdirdə isə avtomobilin qiyməti azı 1 milyon ABŞ dolları ola bilər.
Xatırladaq ki, daha əvvəl akkumulyatorların tədarükü ilə bağlı böhranla əlaqədar, şirkət “Semi” elektrikli yük avtomobillərinin istehsalını da 2022-ci ilə kimi təxirə salıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay