Avto
22.07.2021 / 10:39
“Ford” pilotsuz taksilər istifadəyə verəcək
15893
ABŞ-ın avtomobil nəhəngi “Ford” şirkəti pilotsuz texnologiyaların yaradıcısı “Argo Al”la birlikdə taksi xidməti üzrə onlayn-servis olan “Lyft”in müştəriləri üçün pilotsuz taksilər istifadəyə verəcək.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu ilin sonuna kimi Mayami, 2022-ci ilin – Ostin şəhərlərinin sakinləri yeni nəqliyyatdan istifadə edəcək.
Məlumata görə, avtomobil parkında ən azından 100 pilotsuz taksi olacaq. Onların sayının yaxın 5 ildə 10 dəfəyə kimi artırılması hədəflənir.
“Lyft” öz növbəsində “Argo Al”ın 2,5 % səhmlərini əldə edəcək və istifadəçilərin səfərləri barədə məlumatları təqdim edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay