Avto
19.07.2021 / 07:36
Hyundai zavodu Rusiyada konveyeri dayandırır
15874
Rusiyanın Sankt-Peterburq şəhərində minik avtomobilləri istehsal edən "Hyundai" zavodu yay tətili dövrü ərzində istehsalat konveyerini dayandırır.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə konsernin Rusiya bölməsinin mətbuat xidməti bildirib.
Zavodda yay tətilləri iki həftə davam edəcək: 19 iyul - 1 avqust. Müəssisənin konveyeri 2 Avqust 2021-ci ildə yenidən işə başlayacaq.
Xatırladaq ki, Sankt-Peterburqdakı Hyundai zavodu 2010-cu ilin sentyabrında fəaliyyətə başlayıb. Şirkət "Hyundai Solaris", "Hyundai Creta", "Kia Rio" və "Kia Rio X-Line" modellərini istehsal edir. Zavod ildə 200 mindən çox nəqliyyat vasitəsi istehsal edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay