“Volkswagen” satışını 28% artırdı
Bu ilin I yarısında Almaniyanın avtomobil nəhəngi “Volkswagen” şirkəti təxminən 5 milyon ədəd avtomobil satıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28% çoxdur.
Hesabat dövründə “Volkswagen”in satışı Qərbi Avropada 31%, Şimali Amerikada 45%, Çində 16% artıb. Bununla belə, mikrosxem tədarükü ilə bağlı problemlərə görə şirkətin Çindəki bölməsi vəziyyətin çətin olduğu bildirilir.
2021-ci ilin yanvar-iyun aylarında “Volkswagen” qrupuna daxil olan "Audi" şirkəti isə təxminən 1 milyon ədəd avtomobil satıb. Bu isə 1 il əvvələ nisbətən 39% çoxdur.
Xatırladaq ki, “Volkswagen” 2030-cu ilə kimi Avropada elektromobillər üçün batareya istehsal edəcək 6 zavoddan ibarət şəbəkə yaratmaq niyyətindədir. Həmin müəssisələrin il ərzində məcmu tutumu 240 GVT/saat olan akummulyatorlar buraxacağı gözlənilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay