Xaricdən avtomobil almaq istəyən şəxsin 5900 manatını mənimsədilər
Bakı şəhəri, Binəqədi rayonunda dələduzluq hadisəsi baş verib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, rayon sakini Orxan Nəsibovun etibarından sui-istifadə edən tanışı Abasquliyev Xanlar Tofiq oğlu ona xaricdən avtomobil almaq adı ilə 8700 manatını mənimsəyib.
O.Nəsibov iddia edir ki, aprelin 2-dən etibarən 15 gün ərzində, hissə-hissə ümumilikdə X.Abasquliyevə 8700 manat pul verib:
“Daha sonra məlum oldu ki, o, maşın gətizdirmək üçün heç bir iş görməyib. Üstəlik pulu qaytarmaq niyəti də yoxdur. Məqsədli şəkildə məndən pul almaq məqsədi güdüb. Binəqədi rayon 4-cü Polis Bölməsinə müraciət etdim. Oradan məni Binəqədi Rayon Polis İdarəsinə göndərdilər. Təxminən ayyarımdır, müraciət etmişəm. Pulun cəmi 2800 manatını geri ala bilmişəm. Hazırda 5900 manatım o şəxsdədir”, - deyə O.Nəsibov bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay