Britaniyada dizellə işləyən avtomobillərin satışı qadağan olunacaq
Böyük Britaniya hakimiyyəti 2035-ci ilə kimi böyük olmayan, 2040-cı ilə kimi yük götürmə qabiliyyəti 26 tondan yuxarı olan dizellə işləyən yük avtomobillərinin satışına qadağa qoymağa hazırlaşır.
Valyuta.z Report.az-a istinadən xəbər verir ki, bu barədə avtomobil nəqliyyatında karbon tullantılarının azaldılması üzrə hökümət proqramında deyilir. Belə ki, 2050-ci ilə kimi bu tip tullantıların həcminin sıfır səviyyəyə salınması hədəflənir.
Qeyd edilir ki, yerli yük daşıyıcıları hökümətin həddindən yüksək hədəf müəyyən etdiyini bildirir. Çünki bu gün üçün uzun yol qət edən böyük yük avtomobillərinə akkumulyatordan işləməyə imkan verən texnologiyalar mövcud deyil.
Xatırladaq ki, daha əvvəl Avropa İttifaqında yük avtomobillərinin iri istehsalçıları böyük tonnajlı dizel avtomobillərin satışını nəzərdə tutlandan 10 il tez, yəni 2040-ci ilə kimi dayandırmaq haqda qərar verdi. Sənədə "Daimler", "Scania", "Man", "Volvo", "Daf", "Iveco" və "Ford" imza atıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay