Azərbaycan avtomobil istehsalını kəskin azaldıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 60,6 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
Valyuta.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,4 dəfə artıb.
Yanvar-mart aylarında 408 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 264 ədəd və yaxud 39,3 % az minik avtomobili istehsal olunub. Bu il aprelin 1-nə ölkədə 267 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin ilk rübündə Azərbaycanda 90 ədəd traktor istehsal edilib ki, bu da 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 5,9 % çoxdur. Nəticədə bu il aprelin 1-nə ölkədə 89 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay