BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7766
  • RUB
    1.7015
  • TRY
    0.0476
  • GBP
    2.1072
63735

Son illərdə dünyada baş verən bir sıra yanğın hadisələri hotellərin təhlükəsizlik standartlarını ciddi şəkildə gündəmə gətirib. Xüsusilə, Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki hoteldə baş verən yanğın nəticəsində 78 nəfərin həlak olması və 50 nəfərin xəsarət alması bu sahədə ciddi boşluqların olduğunu göstərdi. Bu cür faciələr təhlükəsizlik qaydalarına əməl edilməsinin nə qədər vacib olduğunu bir daha sübut edir. Təhlükəsizlik tədbirləri yalnız qanunvericiliklə deyil, həm də obyekt rəhbərlərinin məsuliyyətli yanaşması və personalın düzgün təlim görməsi ilə təmin olunmalıdır.

Azərbaycanın hotel sektorunda təhlükəsizlik tədbirlərinin vəziyyətini və tətbiq olunan standartları araşdırmaq bu kontekstdə daha aktualdır. Ölkədə fəaliyyət göstərən hotellərin təhlükəsizlik səviyyəsini yüksəltmək üçün görülən tədbirlər və mövcud boşluqlar barədə mütəxəssislərin fikirləri öyrənilib.

Təhlükəsizlik tələbləri və standartlar

“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri Samir Dübəndi təhlükəsizlik tədbirlərinin kompleks bir anlayış olduğunu vurğulayıb:

“Təhlükəsizlik tədbirləri yanğından mühafizə, sağlamlıq və gigiyena, antiterror tədbirləri və ətraf mühitin qorunması daxil olmaqla bir neçə mühüm aspektdən ibarətdir. Bu komponentlərin hamısı birlikdə təhlükəsizlik konsepsiyasını təşkil edir”.

S.Dübəndi əlavə edib ki, Fövqəladə Hallar Nazirliyi hotellərdə yanğından mühafizə qaydalarına ciddi nəzarət edir. Onun sözlərinə görə, yanğınsöndürmə balonlarının yenilənməsi, yanğın siqnalizasiyalarının işlək vəziyyətdə olması və təxliyyə planlarının mövcudluğu müntəzəm yoxlanılır: "Xüsusən, yüksək riskli hotellərdə hər bir otaqda təxliyyə planlarının olması vacibdir".

Hotellərdə təhlükəsizlik tədbirləri necə təmin olunur?

“Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri Ceyhun Aşurov qeyd edib ki, ölkədə fəaliyyət göstərən 800-ə yaxın hotel və yerləşmə yeri mövcuddur. Onun sözlərinə görə, yanğın təhlükəsizliyi, təhlükəsizlik kameraları və təxliyyə yolları ilə bağlı tələblər hər bir obyekt üçün əsas şərtlərdəndir.

“Xüsusən ulduz təsnifatından keçən hotellərdə bu məsələlər ciddi şəkildə yoxlanılır. Əgər tələblərə əməl edilməzsə, nöqsanların aradan qaldırılması tələb olunur”, - deyə o əlavə edib.

C.Aşurov bildirib ki, təhlükəsizlik tədbirlərinin effektiv həyata keçirilməsi üçün hotel əməkdaşlarının müvafiq təlimlərə cəlb olunması da zəruridir:

“Personalın düzgün hazırlığı riskli vəziyyətlərdə operativ təxliyyə təşkilində həlledici rol oynayır”.

Dövlət nəzarəti və tövsiyələr

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti hər il mehmanxanalarda planlı yanğın-texniki müayinələr həyata keçirir. Bu barədə nazirlikdən məlumat verilib.

"Təxliyyə yollarının açıq saxlanması, yanğınsöndürmə avadanlıqlarının işlək vəziyyətdə olması, təxliyyə planlarının və yanğın siqnalizasiya sistemlərinin mövcudluğu diqqətlə yoxlanılır. Nöqsanlar aşkar edildiyi halda, obyekt rəhbərlərinə xəbərdarlıq edilir və bu problemlərin həlli tələb olunur. Aşkar edilən çatışmazlıqlar aradan qaldırılmadıqda obyekt sahiblərinə inzibati protokollar tətbiq edilir", - cavabda deyilir.

Nazirlikdən bildirilib ki, yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsinin təmin olunması yalnız qanunvericiliklə deyil, həm də mehmanxana rəhbərlərinin və əməkdaşlarının operativ və effektiv hərəkət etmə qabiliyyətindən asılıdır: "Təhlükəsizlik səviyyəsinin artırılması üçün müasir texnologiyaların tətbiqi, beynəlxalq standartlara uyğun avadanlıqların quraşdırılması və mütəmadi təlimlərin keçirilməsi vacibdir. Standartlara cavab verməyən obyektlər barədə xəbərdarlıqlar edilir və qanun çərçivəsində tədbirlər görülür”.

Dövlət Turizm Agentliyindən (DTA) bildirilib ki, hotellərin ulduz kateqoriyaları üzrə sertifikatlaşdırılması prosesində təhlükəsizlik yoxlamaları nəzərdə tutulmur, çünki bu sahə auditorların səlahiyyətlərinə daxil deyil:

"Lakin bu sertifikatlaşdırma turistlərə və sahibkarlara obyektlərin ümumi xidmət keyfiyyəti barədə əlavə güvən yaradır. Hazırda mehmanxanaların ulduz kateqoriyaları üzrə sertifikatlaşdırma prosesi davam edir. Bu proses Dövlət Turizm Agentliyinin Kollegiyasının 2 may 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”na və AZS 906 dövlət standartına uyğun aparılır".

Bununla yanaşı DTA-da hesab edirlər ki, təhlükəsizlik və xidmət standartlarına uyğunluq mehmanxana sahiblərinin məsuliyyətinə daxildir və hər bir obyektin yüksək keyfiyyətlə fəaliyyət göstərməsi üçün vacibdir.

Təhlükəsizliklə bağlı çağırışlar

Turizm üzrə ekspert Xuraman Məmmədovanın fikrincə, Türkiyədə baş verən faciə təhlükəsizlik tədbirlərinin yalnız standart infrastrukturla məhdudlaşmamalı olduğunu göstərir:

“Hotel rəhbərliyi və personalı riskli vəziyyətlərdə operativ və effektiv hərəkət etməyi bacarmalıdır. Azərbaycanda bu istiqamətdə atılan addımlar müsbət təsir göstərsə də, kiçik hotellərdə bəzən təhlükəsizlik qaydalarına ciddi yanaşılmaması narahatlıq doğurur”.

Beləliklə, qlobal səviyyədə baş verən faciələr və lokal araşdırmalar göstərir ki, təhlükəsizlik tədbirlərinə laqeyd yanaşma ciddi risklər doğurur. Təhlükəsizlik standartlarının artırılması, müntəzəm yoxlamaların aparılması və personalın təlimatlandırılması, həmçinin müasir texnologiyaların tətbiqi həm turistlərin, həm də işçilərin həyatını qorumaq üçün əsas şərtlərdir. Hotel rəhbərləri bu məsələyə ciddi yanaşıb mövcud boşluqları vaxtında aradan qaldırsa belə, faciələrdən qorunmaq üçün preventiv tədbirlərin görülməsi zəruridir.

©report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2 dollarlıq əskinas: ABŞ-da niyə bəyənmirlər, biz onu niyə axtarırıq?

Azərbaycan brendlərinin beynəlxalq arenada yeri - ARAŞDIRMA

Komendantdan və ödənilən məbləğdən narazı sakinlər nə etməlidir? - Ekspert çıxış yolunu göstərdi

“NVIDIA”dan avtonom sürücülük ilə bağlı vacib açıqlama

Kredit gecikməsi olanlara yeni kredit verilir?

Pul üçün etibarlı yer sandıqdır, yoxsa banklar?

Avtomobil hissələrinin idxalında azalma var - 37 milyon dollarlıq FƏRQ

Pul ayrılır, amma keyfiyyətli iş olmur - Startap bazarımızın problemləri

Pul ayrılır, amma keyfiyyətli iş olmur - Startap bazarımızın problemləri

İşləyən xəstələrin bülleten dərdi - Hansı hallarda bülleten açmaya bilərlər?

“AVK” şirkəti inzibati məsuliyyətə cəlb edildi

Müdafiə Nazirliyi 1.9 milyon manatlıq rabitə avadanlığı alacaq

Tramp ABŞ-yə “qızıl dövr”ü yaşadacaqmı?

Ümumdünya Səhiyyə Təşkilatının xərcləri azaldılır - ABȘ ayrıldığı üçün

Azərbaycanda duz istehsalı 20%-dən çox artıb

Ötən il məhsul istehsalına yatırılan investisiyaların həcmi açıqlanıb

Tələbə kartında nəqliyyatla bağlı güzəştlər olacaq? -AÇIQLAMA

ABB SMS qiymətlərini bahalaşdırdı - Müştərilər hər ay 3 AZN ödəyəcək

ABB SMS qiymətlərini bahalaşdırdı - Müştərilər hər ay 3 AZN ödəyəcək

Turizm cənnəti, təhlükəsizlik cəhənnəmi: Azərbaycan hotellərinin vəziyyəti - ARAŞDIRMA

Əhalinin banklara inamı artır - Banklar faizləri uzun müddət ödəyə biləcəklər?

Kənd təsərrüfatı məhsullarının dəyəri 13 milyarda çatıb

Dünyanın ən hündür körpüsü istifadəyə verilir - Eyfel qülləsindən iki dəfə yüksəkdir

​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB

Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı

Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik ediləcək?

Ötən il əsas kapitala nə qədər investisiya yatırılıb?

Trampın qonşuluğundakı malikanənin qiyməti açıqlandı - Foto

Əmək müqavilələrinin sayı 1 mln. 873 minə çatıb

Yanacağa qənaət etməyin 10 SADƏ YOLU

Karyerasına başladığı klubu aldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin