BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7766
  • RUB
    1.7015
  • TRY
    0.0476
  • GBP
    2.1072
63628

Qlobal trendlər və beynəlxalq tələblər nəzərə alınaraq milli brendlərin inkişafı yalnız məhsul və xidmətlərin xarici bazarlara çıxışı üçün deyil, həm də ölkənin müsbət imicinin formalaşdırılması və iqtisadiyyatının dayanıqlığının təmin edilməsi üçün əhəmiyyətlidir. Təcrübələr göstərir ki, inteqrasiya olunmuş strategiyalar və dövlət-özəl sektor əməkdaşlığı bu prosesin uğurlu olması üçün əsas şərtlərdən biridir.

Bunu nəzərə alaraq, Azərbaycan üçün milli brendlərinin beynəlxalq bazarlarda tanınması və rəqabətədavamlı mövqe qazanması, ölkənin iqtisadi inkişafı və qeyri-neft sektorunun irəliləməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin bu sahədə bəzi fundamental çətinliklər qalmaqdadır.

Milli brendlərin inkişafının zəruriliyi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov brendləşmənin, xüsusilə qeyri-resurs ixracının inkişafı üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:

“Türkiyə və Cənubi Koreya kimi ölkələr öz brendlərini formalaşdıraraq xarici bazarlarda böyük uğurlar qazanıblar. Bu ölkələrin təcrübəsi göstərir ki, brendlər vasitəsilə xarici bazarlara daha asan daxil olmaq və məhsul ixracını artırmaq mümkündür. Azərbaycanın da emal olunmuş ərzaq məhsulları, spirtli içkilər və meyvə-tərəvəz sahələrində böyük potensialı mövcuddur. Eyni zamanda, pambıqçılığın inkişafı yüngül sənaye sahəsində yeni imkanlar yaradır”.

Deputat hesab edir ki, uğurlu brendləşmə üçün məhsulların keyfiyyət standartlarına uyğun olması əsas şərtdir: “Reklam və təbliğat vasitəsilə milli brendlərin xarici bazarlarda daha geniş tanıdılmasına ehtiyac var”.

Əsas problemlər və həll yolları

İqtisadçı Rəşad Həsənov isə bildirib ki, Azərbaycan brendlərinin beynəlxalq bazarlarda zəif möhkəmlənməsi bir sıra fundamental səbəblərlə bağlıdır.

"Liberal mühitin tam formalaşmaması əsas maneələrdən biri hesab edilir. Şirkətlər beynəlxalq təcrübədən kifayət qədər faydalanmır və daha çox daxili bazara fokuslanırlar. Yerli şirkətlər daha çox daxili bazar üçün məhsul istehsal edir, xarici bazarlara çıxış üçün isə kifayət qədər təşəbbüs göstərmirlər. Daxili bazarın alıcılıq qabiliyyətinin aşağı olması səbəbindən isə orta və aşağı keyfiyyətli məhsullar istehsal edilir".

Ekspert hesab edir ki, beynəlxalq səviyyədə tanıtım və reklam işləri kifayət qədər güclü deyil:

"Yerli brendlərin formalaşması üçün uzunmüddətli strategiyalar hazırlanmalı, beynəlxalq bazarın tələblərinə cavab verən məhsullar istehsal edilməlidir. Eyni zamanda, xarici bazarlarla əməkdaşlıq, istehlakçılar və tədarük zəncirində iştirak edən şirkətlərlə birgə fəaliyyət mühüm əhəmiyyət daşıyır".

Dövlət dəstəyi və sahibkarların rolu

Azərbaycan Qadın Sahibkarlarının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva bildirib ki, milli brendlərin uğur qazanması üçün dövlət təşviq mexanizmləri ilə yanaşı, sahibkarların öz məhsul və xidmətlərini qlobal standartlara uyğunlaşdırması vacibdir.

“Xarici bazarlarda uğur qazanmaq üçün yüksək keyfiyyət standartlarının təmin edilməsi, maliyyə dəstəyi, güclü marketinq strategiyaları, dil baryerinin aradan qaldırılması və beynəlxalq logistik inteqrasiyanın gücləndirilməsi əsas şərtlərdir”, - S. Babayeva qeyd edib.

Assosiasiya sədri vurğulayıb ki, dövlət tərəfindən ixrac missiyaları, beynəlxalq sərgilərdə iştirak və sertifikatlaşdırma üçün subsidiyalar təmin edilməli, logistika prosedurları sadələşdirilməlidir. Bundan əlavə, sahibkarlar üçün beynəlxalq təlimlər, mentorluq proqramları və güzəştli kredit imkanları yaradılmalıdır.

S.Babayeva hesab edir ki, maliyyə dəstəyinin artırılması məqsədilə ixrac edən şirkətlər üçün vergi güzəştləri və subsidiyalar tətbiq olunmalı:

“Logistika sahəsində beynəlxalq daşınmalar üçün logistika şirkətləri ilə dövlət-özəl tərəfdaşlıqlar inkişaf etdirilməli, gömrük prosesləri sadələşdirilməli və ixrac prosedurları avtomatlaşdırılmalıdır. Həmçinin, xarici bazar araşdırmaları, dil təlimləri və beynəlxalq biznes etikası üzrə təlimlər təşkil olunmalı, sahibkarlara beynəlxalq əlaqələr qurmaq üçün mentorluq proqramları təqdim edilməlidir. Xarici ölkələrlə ticarət əlaqələrini inkişaf etdirmək üçün dövlət səviyyəsində əməkdaşlıq sazişləri imzalanmalı, xarici sərmayədarların cəlb olunması və birgə müəssisələrin yaradılması təşviq edilməlidir”, - Assosiasiya rəhbəri əlavə edib.

Bununla yanaşı, o vurğulayıb ki, bu çərçivədə Azərbaycan qanunvericiliyində artıq müəyyən imtiyazlar mövcuddur:

"İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) vasitəsilə ixracatçılara maliyyə və hüquqi dəstək verilir, ixracla bağlı maliyyələşən təşviq proqramları mövcuddur və bəzi sahələr üçün vergi güzəştləri tətbiq olunur. Dövlət, həmçinin xarici sərgilərdə iştirak üçün dəstək göstərir və ticarət missiyaları təşkil edir. İxracı təşviq etmək üçün Sahibkarlığın İnkişafı Fondu xətti ilə ayrılan güzəştli kreditlərlə yanaşı əlavə maliyyə alətləri də mövcuddur. Beynəlxalq arenada yerli brendlərin möhkəmlənməsinin əsas şərtlərindən həmçinin dövlət-özəl sektor əməkdaşlığının və innovativ yanaşmanın genişləndirilməsidir".

“Made in Azerbaijan” təşəbbüsü

"AZPROMO" sorğuya cavab olaraq bildirilib ki, “Made in Azerbaijan” brendi altında yerli məhsulların tanıdılması üçün 10 əsas dəstək mexanizmi mövcuddur. Bu mexanizmlər ixrac və alıcı missiyalarının təşkilini, bazar araşdırmalarının aparılmasını, beynəlxalq sərgilərdə vahid ölkə stendi və ya fərdi şəkildə iştirakın təmin edilməsini, məhsulların sertifikatlaşdırılmasını, xarici ölkələrin ictimai yerlərində və KİV-lərdə təbliğat kampaniyalarını əhatə edir.

"Dəstək mexanizmləri, həmçinin dövlət mülkiyyətində olan və ya nəzarət səhmləri dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə brendin təşviqi, xarici ölkələrdəki mağazaların və ya mağaza şəbəkələrinin, o cümldən “Duty Free” rəflərinin təşkili, tədqiqat və inkışaf proqram və layihələrinin təşkili kimi müdaxilələrdən də ibarətdir", - AZPROMO əlavə edib.

Qurumdan bildiriblər ki, dəstək çərçivəsində məhsulların ixracı üçün lazım olan sənədlərin hazırlanması və prosedurların düzgün icra edilməsi üzrə məsləhətlər də təqdim edilir:

"Sahibkarlara ixrac əməliyyatlarına başlamadan əvvəl dəstək göstərilir ki, bu da onlara beynəlxalq bazarlarda uğur qazanmağı asanlaşdırır. Bundan başqa, məhsulların sertifikatlaşdırılması, o cümlədən fitosanitar, mənşə və keyfiyyət sertifikatlarının əldə olunması prosesi dəstəklənir. Beynəlxalq ticarət qaydalarına üyğun olaraq məhsulların daşınması və etiketlənməsi ilə bağlı tövsiyələr və praktik həllər təklif olunur”.

Qurumdan əlavə olunub ki, “Made in Azerbaijan” brendi qeyri-neft məhsullarının tanıdılması ilə yanaşı, bu loqo artıq beynəlxalq bazarlarda Azərbaycanın keyfiyyət simvolu kimi tanınır:

“Brend loqosu məhsulun mənşəyini göstərməklə yanaşı, onun rəqabət qabiliyyətini artırır və milli brendi gücləndirir. Qeyd etmək lazımdır ki, dəstək tədbirləri ilə bağlı xərclərin tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanması mümkündür. Bu dəstək tədbirlərindən Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı ilə məşğul olan hər bir ixracatçı yararlana bilər. Bu mexanizmlər sahibkarların beynəlxalq bazarlara çıxışını asanlaşdırır, bunun sayəsində Azərbaycanın qeyri-neft məhsulları daha geniş tanınır və ölkənin ixrac potensialı artır”.

Xarici təcrübə: Türkiyə və Gürcüstan

Azərbaycanın milli brendlərinin beynəlxalq bazarlarda tanınmasını təmin etmək üçün digər ölkələrin təcrübələrini də öyrənmək vacibdir. Bu baxımdan Türkiyə və Gürcüstanın nailiyyətləri xüsusilə diqqətəlayiqdir.

Türkiyə son illərdə qlobal bazarlarda güclü brendlər yaratmaqla böyük uğur qazanmışdır. Ölkənin təcrübəsi göstərir ki, brendlərin formalaşdırılmasında inteqrasiya olunmuş strategiyalar əsas rol oynayır. Məsələn, Türkiyənin avtomobil sənayesində təqdim etdiyi “TOGG” elektrik avtomobil brendi, habelə “Beko”, “Pınar”, “Ülkər”, “Koton” və “Karaca” kimi markalar beynəlxalq səviyyədə geniş tanınır. Bu uğur Türkiyənin beynəlxalq sərgilərdən aktiv istifadə etməsi və genişmiqyaslı reklam kampaniyalarına üstünlük verməsi ilə izah olunur.

Gürcüstan isə şərab istehsalı sahəsində uğurlu təcrübə qazanmışdır. Ölkə qədim şərabçılıq ənənələrini müasir texnologiyalarla birləşdirərək qlobal bazara yüksək keyfiyyətli məhsullar təqdim edir. “Made in Georgia” brendi altında təqdim edilən məhsullar dünya bazarında rəğbətlə qarşılanır və yüksək standartlara cavab verir.

Beləliklə, Azərbaycanın milli brendlərinin beynəlxalq bazarlarda rəqabətqabiliyyətli mövqe qazanması qeyri-neft sektorunun inkişafını sürətləndirə, ixrac potensialını artıraraq ölkədə dayanıqlı iqtisadi inkişafa töhfə verə bilər.

©report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"DeepSeek"in “Bitcoin” fonlama faizlərinə mənfi təsiri

Azərbaycan qeyri-neft məhsullarını bu ölkələrə satır - CƏDVƏL

Prezidentdən polislərin maaşı ilə bağlı FƏRMAN

"MicroStrategy" və "BlackRock" dayanmır: Hər qiymətə "Bitkoin" alırlar!

"MicroStrategy" və "BlackRock" dayanmır: Hər qiymətə "Bitkoin" alırlar!

İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib

Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının maaşları artırılıb

Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış

Daxili Qoşunların hərbçilərinin maaşı artırıldı

Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib

Bu şəxslərin maaşları artırıldı

Xaric edilən kursantların hərbi xidmətə göndərilməsi şərtləri dəyişdirildi

AT&T-nin gəliri gözləntiləri, xalis mənfəəti isə proqnozları üstələyib

Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşma mənbələri genişləndirilib

Prezident cinayət tərkibi olmayan məişət zorakılığı ilə bağlı şikayətə baxılma qaydasını təsdiqləyib

Alkoqollu içkilərin satışının minimum qiyməti müəyyən olunacaq

Prezident bu qanunda dəyişiklik etdi

Prezident bu qanunda dəyişiklik etdi

Samir Şərifova yeni vəzifə verildi

Avropa İttifaqı Gürcüstanla vizasız rejimi qismən dayandırdı

Nazirliklə sığorta şirkəti arasında 818 898 manatlıq müqavilə

Keçmiş məcburi köçkün yaşadığı evdə kommunal borc saxlayıbsa, kim ödəməlidir?

Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib

Mənfəəti azalan banklar - SİYAHI

Pakistanda "Tesla Cybertruck"ın ucuz surəti hazırlandı (FOTO/VİDEO)

Böyük Britaniyada 200 şirkət 4 günlük iş həftəsinə keçir

Ucuz aviatur biletləri satmaq adı ilə yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsə hökm oxunub

Bu marşrut xətti “Xaliq Faiqoğlu”na verildi

Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına razılaşıb

Qazaxıstanla Çin arasında investisiya portfeli 60 milyard dolları ötüb

“MPAY” və rəhbəri cərimələndi – İş məhkəməlik oldu

“MPAY” və rəhbəri cərimələndi – İş məhkəməlik oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin